Paralimpiya sağlamlıq imkanları məhdud şəxslərin beynəlxalq idman yarışlarıdır. Paralimpiya hərəkatının tarixi 1948-ci ildən başlanır. Oyunların keçirilməsinin təşəbbüskarı Böyük Britaniyanın Elsberri şəhərindəki Stok Mandevil xəstəxanasının neyrocərrahı Lüdviq Qutmandır.
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi 1996-cı il fevral ayının 9-da yaradılmışdır.
Azərbaycan Milli Paralimpiya Komitəsi ilk dəfə 1996-cı ildə Atlantada keçirilən X Yay Paralimpiya Oyunlarında cəmi iki idman növü üzrə iki idmançı ilə iştirak etmişdir.