14.
Çempion” mətnində frazeoloji birləşmələri seçib onların mənalarını
izah
edin.
15.
Aşağıdakı sxemlərdə hansı uyğunluq səhv göstərilmişdir?
səbir
iradə
alqışlayır
əl çalır
ancaq
yalnız
əzmlə
cəsarətlə
16.
Çıxmaq feilini aşağıdakı mənalarda cümlədə işlədin.
- bir yerdən çıxmaq
- uzaqlaşmaq
- yola düşmək
- görünmək
- yuxarı qalxmaq
- bitmək
- cücərmək
- işini tərk etmək
- bir ədədi azaltmaq
- çap olunmaq
- sona çatmaq
- eşidilmək
- Bu sözlərdən hansı biri termin kimi işlənəcək?
17.
Kök sözünün omonimliyini və çoxmənalılığını əsaslandırın.
Kök
omo-
nimliyi
çoxmə-
nalılığı
18.
Mətndə (səh. 78) fərqləndirilmiş cümlədə vergül işarəsi hansı
sözdən sonra qoyulmalıdır? Həyat dərsi ifadəsinin dırnaq işarəsi
içərisində verilməsinin səbəbini izah edin.
19.
Mətndə (səh. 78) göy rəngdə verilmiş cümlədə hansı sözdən sonra
vergül işarəsi səhv qoyulmuşdur? Fikirlərinizi əsaslandırın.
20.
Mətnin (səh. 79) son cümləsində bəlkə də sözünün hər iki
tərəfindən vergül işarəsi qoyulmasının səbəbini izah edin.