6.
Aşağıdakı hikmətli sözlərdən hansılar mətnlərin ideyasına
uyğundur?
1.
Bir olsa yoldaşın, dostun əməli
Daşdan su çıxarar onların əli. (N.Gəncəvi)
2.
Həqiqi dostluq mənəvi fədakarlıqdır. (T.Əhmədov)
3.
Nifaq olan yerdə fəlakət də var,
Səadət günəşi birlikdən doğar. (N.Gəncəvi)
4.
Adəm oğlu bütün insanları özü qədər sevməlidir.
(M.Qandi)
7.
Mətndə (səh. 78-79) danışılır:
A) İdman yarışlarının maraqsız keçməsindən
B) İdmançıların bir-birlərinə kömək etməsindən
C) İnsanın mənəvi aləminin ucalığından
D) Tamaşaçıların əlil idmançıları həvəsləndirməsindən
E) Əlillərə diqqət və qayğının vacibliyindən
8.
Fikirlərdən hansı düzdür?
1. Kök və cüssəli idmançı yarışı qəsdən uduzur.
2. Arıq, çəlimsiz idmançı rəqibinə kömək üçün geri dönür.
3. Tamaşaçılar həvəssiz olsa da, idmançıları alqışlayırdılar.
4. Tamaşaçılar idmançıları yarışa həvəsləndirmirdilər.
5. Finiş xəttinə 200 metr qalmış kök idmançı yıxıldı.
9.
Sizcə, yarışın qalibi kim olacaq? Münsiflər heyəti birinciliyi
kimə verəcək? Əgər həmin heyətin tərkibində olsa idiniz, qərarınız
necə olardı? Kimi qalib hesab edərdiniz?
10.
Çünki əlil idmançılar arasında olan bu birliyi başqa bir yerdə
görmək, demək olar ki, qeyri-mümkün idi
cümləsində ifadə olunan fikrə münasibət bildirin. Bu hökmlə
razısınızmı? Ətrafınızda baş verən hadisələrdən nümunə gətirməklə
bu fikrin əksini sübut edin.
11.
Öyrəndiyiniz mətnlərdə bir-birinə kömək, arxa olan insanları,
obrazları xatırlayın. Mətnlər əsasında
İnsan insanın dostu, yoldaşı, qardaşıdır fikrini təsdiq
edin.
12.
“Bir salxım üzüm” mətninə əsasən
Ailə kiçik cəmiyyətdir. Mənəvi dəyərlərin təməli ailədə qoyulur
qənaətinə gəlmək olarmı?
13.
“Övladımın müəlliminə məktub”, “Üzeyirin mənəvi qardaşı”, “Gün
var...”, “İşığı oğurlanmış ulduz”, “Təbəssüm” , “Faydalı məsləhət”
və “Çempion” mətnlərində həyati dərs olan fikirləri seçin və
ümumiləşdirin. Bu ümumiləşmə sizə nə verdi?