Biçin vaxtı idi. Əkinçi ailəsi bir tərəfdən zəmidəki sünbülləri biçir, bir tərəfdən də, dərz bağlayıb arabalara yükləyirdi. Bu vaxt ana kiçik bir ağacın budaqları arasında bir salxım üzüm gördü və “Bu qızmar istidə bir salxım üzüm nə yaxşı olar”, - deyib salxımı qopardı. Elə yemək istəyirdi ki, gözü bir az irəlidə dərzləri arabaya yükləyən ataya sataşdı. “Onun bu üzümə məndən daha çox ehtiyacı var. Səhərdən bəri ən çox işləyən odur”, - deyərək üzüm salxımını ona verdi. Ata bu gözlənilməz “hədiyyə”dən çox sevindi. Elə üzümü yemək istəyirdi ki, gözü buğdaları yığan qızına sataşdı və öz-özünə dedi: “Qızım nə qədər də yorğundur. Yaxşısı budur, bu üzümü ona verim”. Qız atasının verdiyi üzümü sevinclə aldı. Elə yemək istəyirdi ki, dərzləri arabanın üstünə yükləyən qardaşını gördü. “Qardaşım günəşin altında neçə saatdır, işləyir. Dili-dodağı quruyub. Yaxşısı budur, mən bu üzümü ona verim”, - dedi. Oğlan bacısının uzatdığı salxımı sevinclə aldı. Yemək istəyirdi ki, o da arxın kənarında başaqları yığan anasını gördü. “Anam nə qədər də yorulub. Yaxşısı budur, mən bu üzümü ona verim”, - dedi. Ana üzümü görəndə əvvəlcə gülümsədi, sonra da.......