25.
Dedi ki: Aç, söylə sən, ey qəhrəman cümləsində
ey nidasından sonra niyə vergül işarəsi qoyulmamışdır?
Ey sözünü cümlədə elə işlədin ki, ondan sonra vergül
işarəsi qoyulsun.
Bədii əsərlərdə xitablardan geniş istifadə olunur. Xitablar 3 cür
olur:
a) insana müraciətlə işlədilənlər; b) başqa canlı
varlıqlara (heyvanlara, quşlara)
müraciətlə işlədilənlər; c) cansız varlıqlara müraciətlə
işlədilənlər.
Bədii ədəbiyyatda xitablardan yalnız müraciət deyil, surətin
müəyyən hiss- həyəcanının, əhvali-ruhiyyəsinin və ya müəllifin
daxili duyğularının ifadə vasitəsi kimi də istifadə edilir.
Xitablar bədii əsərlərdə dialoqlarda, vasitəsiz nitqdə, müəllif
nitqində işlənir.
- Söylə, oğlum, söylə, mənim körpə pələngim, düşmən
atları Kür
çayından içə bildimi? (H.Mehdi)
Qoy mənim sazım sənə əbədi yadigar olsun, Xançoban!
(S.Rəhimov)
Ey ağ günümün aynası, candan əziz oğlum. (S.Rüstəm)
28.
Aşağıdakı cümlələr içərisindən bədii xitabları seçib yazın.
1. Düz deməsəm, onda məni bağışlayın, Üz tutaram uşaqlara,
qocalara, cavanlara, Sağlığında qiymət verin insanlara.
(C.Novruz) 2. Bir arzum var, ay adamlar, qoyun deyim,
Sağlığında qiymət verin insanlara. (C.Novruz) 3. Ey
yanağı lalə kimi al gözəl, Siyah zülfün zənəxdanə yaraşmış.
(M.P.Vaqif) 4. Ötünüz, ey xoşavazlı, qəlbə zövq verən
quşlar! (S.S.Axundov)