13.
Mətndə (səh. 73) tünd şriftlə verilmiş cümlədə əsər sözü
hansı mənada işlənmişdir? Həmin sözü cümlədə fərqli mənada
işlədin. Əsər sözü mətndə iki yerdə işlənmişdir. Həmin
misraları oxuyun. Sizcə, onlar eyni leksik məna
daşıyırmı?
14.
Boyandı üfüqlər qızıl rənginə cümləsində qızıl sözü
hansı mənada işlən-
mişdir?
15.
O açıq əllini görən hər köpək misrasında (səh. 73)
açıq əlli sözünü mənanı dəyişməmək şərtilə hansı sözlə əvəz
etmək olar?
16.
Şah heyran qaldı ki, o igid cavan misrasındakı
igid sözü tədbirli, uzaqgörən, yoxsa
qəhrəman mənasında işlənmişdir? Niyə?
İGİD
leksik
mənası
qram-
matik
mənası
anto-
nimi
sinonimi
18.
Mətnin ilk cümləsində (səh. 72) qədimdə sözünü
keçmişdə sözü ilə əvəz etsək, məzmunda dəyişiklik baş
verərmi?
19.
Səhərin açılması ifadəsi mətndə necə təqdim olunur? Sizcə,
şair niyə bu üsuldan istifadə etmişdir?
20.
Tövsiyə, məsləhət, nəsihət sözlərini sinonim saymaq
olarmı? Verilmiş nümunələrdən istifadə etməklə fikrinizi
əsaslandırın.
-
Başqalarının yanında verilən nəsihət məzəmmətdir.
(A.Kapus)
-
Çoxları məsləhət alır, ancaq ağıllılar ondan faydalana bilir.
(S.Publili)
-
Ağıllı tövsiyəyə qulaq asmaq heç zaman gec deyil.
(S.Conson)
- Dərs sözü nəsihət sözünü əvəz edə bilərmi?
21.
Ünsiyyət, əlaqə, münasibət sözləri sinonim hesab edilir.
Sizcə, onlar həmişə bir-birini əvəz edə bilirmi? Cümlədə
işlətməklə fikirlərinizi şərh edin.
22.
İtlərin yanına gəlcək hər kərə misrasında
kərə sözünü aşağıdakı sözlərdən hansı ilə əvəz etsək,
məzmun dəyişməz?