İnsanlar arasında ünsiyyətin reallaşmasının ən mühüm vasitəsi dildir.
Dil insanlar arasında ən mühüm ünsiyyət vasitəsi olsa da, yeganə ünsiyyət vasitəsi deyildir. Nitq vasitəsilə gerçəkləşən ünsiyyət mülahizə, sual, cavab, replika və s. kimi vasitələrlə həyata keçirilir. Bununla belə, ünsiyyətin qeyri-verbal vasitələri də mövcuddur. Bunların içərisində təbəssüm, mimika, əl və bədənin ifadəli hərəkətləri, vokal mimika və s. mühüm yer tutur. Bu vasitələr həm ayrılıqda, həm də verbal ünsiyyətlə birgə ünsiyyət prosesində iştirak edir. Ünsiyyətin belə vasitələri ekspressiv-mimik vasitələr adlanır.
Ünsiyyət prosesində əşyəvi-hərəki vasitələrin də özünəməxsus yeri vardır. Onların sırasına aşağıdakılar daxildir:
a) lokomotor və əşyəvi hərəkətlər, poza
c) etiraz
Hər bir baxış və ya təbəssüm öz-özlüyündə deyil, ancaq kommunikativ funksiya daşıdıqda ünsiyyət vasitəsinə çevrilir.
Bəs ünsiyyət nədir?
Uzun illər alimlər bu anlayışın dəqiq elmi tərifini axtarmışlar. 1969-cu ilədək çap olunmuş ingilisdilli psixoloji ədəbiyyatlarda bu anlayışın 96 tərifi vardır.
Ünsiyyətə verilmiş aşağıdakı izah hazırda əsas tərif kimi qəbul edilmişdir:
İki və daha çox adamın öz münasibətlərini aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə səylərini əlaqələndirməyə yönəldilmiş qarşılıqlı təsir prosesi ünsiyyət adlanır.