Dedi ki:
Əlifbadakı hərflərin sıralanma-
sına əsasən itəbaxanın şaha
deyəcəyi sözü müəyyənləşdirin.
21 7, 15, 5, 1, 11, 1, 29, 32, 18, 29
3, 1, 20, 1, 30, 1, 24 14, 27,
18, 7, 24.
21, 20, 28, 20 27, 29, 16, 29, 20, 7
5, 7 30, 6, 24, 19, 7, 19, 14, 26
32, 7, 24, 7, 24
Şah əmr eylədi ki: “Dayanmaq olmaz,
O əldən getmişi tez edin xilas”.
İtlərin yanından yol məmurları
Gənci gətirdilər saraya sarı.
Şah heyran qaldı ki, o igid cavan
Necə can qorumuş o quduzlardan.
Ağlaya-ağlaya göz yaşı tökdü,
Ondan üzr istəyib, diz üstə çökdü.
Dedi ki: “Aç, söylə sən, ey qəhrəman,
Necə can qurtardın o quduzlardan?”
Gənc dedi: “Əvvəlcə çəkinib səndən,
Tikələr atmışdım o itlərə mən.
Etdiyim yaxşılıq getmədi hədər,
İtlər öz ağzını möhürlədilər.
...Yaxşı ki, dost yeyən deyilmiş itlər.
Dostluğu səndə yox, itdə gördüm mən,
İt bilən hörməti ayaqladın sən.
İt sənə dost olar, bir sümük atsan,
Namərd qədir bilməz, olsan da qurban”.