Yaşamaq yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır.
Şam əgər yanmırsa, yaşamır, demək,
Onun da mənası yanmağındadır...
Bəxtiyar Vahabzadə
1.
Bölmənin epiqrafına münasibət bildirin.
2.
B.Vahabzadə “yanmaq” dedikdə nəyi nəzərdə tutur?
3.
Şeirdə müəllifin oxucularına çatdırmaq istədiyi fikir nədir?
4.
Siz “həyatın mənası” dedikdə nə başa düşürsünüz?
5.
Bölmədəki mətnlərlə, orada adıçəkilən insanların fəaliyyəti ilə
tanış ol-
duqca “onlar həyatın mənasını cəmiyyətə xidmət etməkdə
görürdülər”
fikrini əsaslandırmağa çalışın.
6.
Bölməni bitirdikdən sonra mətnlərin məzmununun bölmənin epiqrafı
ilə uyğunluğunu təsdiqləyin.