Nə gəlir gətirir
Heç nə.
Ancaq mənim atamdan qalma bir cüt daşım var onunla
ildə 50 qızıl qazanıram.
Nə daşıdır bu elə
Dəyirman daşı.... Mən bu daşlarla həm çörəkpulumu
çıxarıram, həm də insanlara kömək edirəm...
12.
Nağılda tünd şriftlə verilmiş cümlədə hansı sözü dəyişsəniz, məna
düzgün olar?
13.
Hər iki cümləni fərqləndirilmiş sözlər baxımından müqayisə edin.
Hansı düzdür? Cavab üçün mətnə istinad edin. Cümlələrin məzmununda
fərq varmı? Fikrinizi əsaslandırın.
- Əhməd bu adamlarla xeyli söhbət eləyə-eləyə getdi.
- Əhməd bu adamlarla söhbət eləyə-eləyə xeyli getdi
-
O birisi meşənin içinə gedən sərin kölgəli yol idi”
cümləsini də eyni
qayda ilə dəyişib müqayisə edin. Fərq yaranacaqmı? Niyə?
14.
Mətndə (səh. 66) çərçivəyə alınmış sözü güman-şübhə bildirən hansı
modal sözlə əvəz etsəniz, məna dəyişməz?
15.
Əhvalat və qeyzlə sözlərinin leksik mənasını
müəyyənləşdirib sinonimlərini
tapın.
16.
Sinonimlər sırasında hansı söz artıqdır?
fayda, səmərəli, qazanc, mənfəət, xeyir
17.
Ağıl sözündən istifadə etməklə frazeoloji birləşmələr
düzəldin. Bu zaman müvafiq söz və şəkilçilərdən istifadə edə
bilərsiniz.
AĞIL |
şəkilçi |
söz |
feil |
– |
– |
öyrətmək |
– |
baş |
gəlmək |
... |
– |
çaşmaq |
... |
... |
getmək |
– |
– |
... |
-
Frazeoloji birləşmələrin mənasını izah etməklə qarşılığını tapın.
Bir
neçəsini cümlədə mübtəda və xəbər vəzifəsində işlədin.