Əhməd bu sözə lap pərt oldu, öz-özünə dedi: “Burada nə var ki, mən iki min manatımı verdim?”
Kişi gətirib Əhmədə iki yağlı çörək verdi. Birini yaylıqla bağlayıb cibinə qoydu, o birini açıq verdi. Özünə də tapşırdı ki, yolda acıb-eləsən, əlindəki çörəyi yeyərsən, yaylığa bağladığımı evdə kəsib arvadınla yarı bölərsən. Əhməd kişidən razılıq eləyib başladı evinə qayıtmağa. Yolda iki nabələd adama rast gəldi. Bunlardan biri dərviş, o birisi isə piyada zəvvar idi. Əhməd bu adamlarla xeyli söhbət eləyə-eləyə getdi. Axır ki, gəlib bir yerdə iki yolun ayrıcına çatdılar.
Yolun biri karvan yolu idi, adamlar hey gedib gəlirdilər. O birisi meşənin içinə gedən sərin kölgəli yol idi.
Dərviş dedi:
- Gəlsəniz, bu sərin yol ilə gedək.
Kişinin sözü Əhmədin yadına düşdü, odur ki onlardan ayrılıb karvan yolu ilə getdi.
Səhər açıldı. Əhməd gördü, karvan yolunun kənarında bir daşın üstündə dünən gördüyü zəvvar ayağyalın, başaçıq oturub ağlayır. Əhməd kişidən ağlamağının səbəbini soruşdu. Zəvvar başına gələn əhvalatı danışdı:
- Dünənki dərviş meşədə məni soydu, pulumu, paltarımı əlimdən aldı, özümü də bərk döydü.
Əhməd o saat barmağını dişləyib öz-özünə dedi:
- Əgər iki min manatı verib o sözü öyrənməsəydim, indi mən də zəvvarın gününə düşərdim.
Əhməd kişinin verdiyi çörəyi cibindən çıxarıb kəsdi ki, yesin-
lər, çörəyin içindən çoxlu pul töküldü. Sayıb gördü,
..................
Başa düşdü ki, kişi onun zəhməthaqqını da veribmiş. Pulun
yanından yazılı bir kağız da tapdı. Kağızı oxudu. Gördü, kişi
yazıb ki, “Oğul, Əhməd, nəsihətlərimi yadından çıxartma”.
Əhməd kişidən çox razı qalıb, gətirdiyi pullarla ailəsini, ata-anasını dolandırıb xoş gün keçirdi.