Kişi Əhmədə deyir:
– Oğul, indi sən oxuyub savadlı adam olubsan. De görüm, qeyzlə bir iş görmək istəsən, əvvəlcə nə etmək lazımdır?
Əhməd kişinin sualına cavab vermək üçün nə qədər söz deyirsə, heç biri düz olmur: axırda yalvarır ki, nə istəyirsən, verim, o sözü de.
Kişi deyir
Bir il mənim yanımda qal əkinimə bağ-bağçama kömək elə gedəndə zəhmət haqqı min manat pul verim Sonra da baxarıq mümkün olsa bəlkə o sözü də dedim
Əhməd fikirləşir ki, onsuz da evə əliboş gedirəm. Elə yaxşısı budur, qalım, bir il işləyim, min manatı da alıb evə apararam.
Bəli, Əhməd burada işləməkdə olsun, kişinin gəliri həmin il iki-üç qat artır. İlin axırı gələndə Əhməd deyir:
– Təklifin nədir?
Kişi dedi:
– Oğul, sənin işlədiyin müddətdə mənim gəlirim günü-gündən artırdı. Odur ki, mən istəyirəm, bir il də yanımda işləyəsən, bu dəfə gedəndə iki min manat verim.
Əhməd götür-qoy eləyir ki, elə az pulla gedincə, qalım, əlavə iki min manatı da alım. Odur ki, razı olub qalır. İkinci il də tamamlanır. Əhməd haqq-hesabını çəkib getməli olur.
Kişi:
– Oğul, mən sənə üç min manat verəcəyəm. İstəsən, sənə iki qiymətli söz öyrədərəm. Həmən sözlərdən biri sən oxumaqdan qayıdıb gələndə verdiyim sualın cavabı, biri də ayrı bir məsləhətli sözdür, - deyir.
Əhməd deyir:
– Mən istəyirəm, o sözləri deyəsən.
Kişi deyir:
– Bala, birinci sözün qiyməti min manatdı, istəyirsən, deyim.
Əhməd razı olur.
Kişi deyir:
– Qəzəblənib bir iş görmək istəsən, əvvəlcə bir az səbr elə, sonra gör.
Əhməd deyir:
– Elə bu?
Kişi deyir:
– Bala, əgər, bu söz sənə min manatdan artıq xeyir verməsə, qayıt gəl, pulunu geri qaytarım.
Kişi deyir:
– Oğul, ikinci sözün qiyməti iki min manatdı. İstəsən, onu da deyərəm. Yenə həmin söz iki min manatdan çox xeyr verməsə, gəl, pulunu apar.
Əhməd istəyirdi ki, hər şeyi bilsin. Ona görə razı oldu. Kişi dedi:
– Bala, tanımadığın adamla yol getsən, nəbadə karvan yolundan kənara çıxasan!