Əsrarəngiz gözəlliyə malik qədim Şəkinin adı çəkiləndə istər-istəməz insanların (dodağı qaçmaq). Yəni biləndə ki, qarşındakı insan şəkilidir, təbəssümünü (gizlədə bilməmək). Bu da ondan irəli gəlir ki şəkililər olduqca baməzə şən hazırcavab ağıllı saf təmiz səmimi və gülərüz insanlardır. Sən bircə dəfə də olsun, Şəkiyə getmisənsə, yəni Şəki torpağına (ayağı dəymək), demək, artıq sənin özünün şəkili olmağına bircə addım qalıb. Bu yerin insanlarının şirin ləhcəsi, sözü-söhbəti səni elə ovsunlayacaq, elə məst edəcək ki, heç özün də bilmədən qarşındakı ilə elə onun öz “dilində” (ünsiyyət qurmaq).
Şəki ən çox nələri ilə tanınır deyə sual edilərsə onun Xan Sarayı Marxalı şəbəkəsi ipək kəlağayısı təkəlduzu paxlavası pitisi... ilə yanaşı yəqin ki lətifələri də ilk olaraq xatırlanacaqdır. Şəki torpağının özü orijinallığı ilə seçildiyi kimi, bu məşhur sənət və yaradıcılıq nümunələri ilə də Azərbaycan və dünya mədəniyyəti xəzinəsinin ayrılmaz tərkib hissəsini təşkil etməkdədir.
Qafqazın “gülüş mərkəzi” adlandırılan Şəki ilə Bolqarıstanın məşhur Qabrovo şəhəri qardaşlaşmış şəhərlərdir və hər il aprel ayının 1-də keçirilən “Gülüş Bayramı” bu gözəl mədəniyyət mərkəzlərində böyük təntənə ilə qeyd olunur