X əsrin 70-ci illərində gülüşü orqanizmin çox güclü ehtiyat mənbəyi kimi ciddi şəkildə öyrənməyə başlayıblar. Həkimlər hesab edirlər ki, gülüş uzun sürən şadlıq hissi yaradır. Şadlıq hissi nə qədər çoxdursa, sağlamlıq üçün faydası da bir o qədər çoxdur. Xoş əhvali-ruhiyyə bəzən bütün günə kifayət edir.
Gülüş haqqında elmin - helotologiyanın yaranması tarixi də maraqlıdır. Onun banisi amerikalı jurnalist Norman Kazins “ölümü güldürən” adam kimi məşhurlaşıb. Həkimlər nadir sümük xəstəliyindən əziyyət çəkən N.Kazinsin dərdinə əlac edə bilmirlər. Öləcəyini düşünən Norman son günlərində doyunca gülmək qərarına gəlir, bir guşəyə çəkilərək gününü komediya filmlərinə baxmaqla, lətifələr oxumaqla keçirir, bolluca “C” vitamini qəbul edir.
Nəticə bütün dünyanı heyrətə gətirir. Jurnalist dəhşətli xəstəlikdən sağalır və öz müalicə metodunu “Gülüşün və C vitamininin superdozası” kimi müəyyən edir.