21.
“Müəllim olmaq istərdinizmi?”
22.
Mətndə (səh. 49) çərçivəyə alınmış ifadəni düzgün yazın.
23.
Mətndə (səh. 49) yaşıl rəngdə verilmiş cümlədə
bu sözündən sonra vergül işarəsi qoyulmalıdır. Bu hökmü
necə təsdiq edərsiniz?
24.
Həyat sürətli, mürəkkəb, iş çox, vaxt az, adamlar həddindən
artıq məşğuldurlar
cümləsi ilə bağlı hökmlərdən hansı düzgündür?
- Məzmun qarşılaşdırılır.
- Sadə cümlədir.
- Xəbərlik şəkilçisi ixtisar olunmuşdur.
- Cümlədə ancaq suala cavab verən sözlər işlənmişdir.
-
Cümlədə və bağlayıcısından istifadə etmək olar.
-
Cümlədə ifadə olunan fikri müasir dövrlə əlaqələndirməyə
çalışın. Hər bir fikri bildiyiniz 1-2 faktla əsaslandırmağa
çalışın.
25.
Mətndə sual cümlələrini müəyyənləşdirib cədvələ uyğun
qruplaşdırın.
Cavab tələb edən
sual cümlələri
|
Cavab tələb etməyən sual cümlələri
(bədii sual)
|
1.
2.
|
1.
2.
|
26.
Mətndə fərqləndirilmiş hissədə (səh. 49) əkslik yaradan məqam
varmı? O əksliyi hansı sözlər yaradır?
27.
“Sağ ol, müəllimim” şeirində ziddiyyət yaradan fikirlər varmı?
Həmin fikirləri seçib göstərin. Belə fikirlərin bədii
nümunələrdə hansı məqsədlə işləndiyini deyin.
28.
Mətndə (səh. 48-49) və şeirdə (səh. 50) müraciət bildirən
sözləri seçin, onların nə məqsədlə işləndiyini deyin.