2.
Hansı mətnin dili üçün səciyyəvidir:
- emosionallıq
- dialoji nitq
- elmilik
- kütləvilik
3.
Hikmətli fikirlərdən biri mətnin ideyası ilə səsləşir:
A) Düşünmədən öyrənmək faydasız, öyrənmədən düşünmək
təhlükəlidir.
(Konfutsi)
B) Gedəcəyiniz yeri bilmirsinizsə, çatdığınız yerin
əhəmiyyəti yoxdur.
(S.Cordan)
C) Çatmaq istədikləri bir hədəfi olmayanlar işləməkdən də
zövq almazlar.
(E.Raux)
D) İnsanı həyata bağlayan onun gözəl cəhətləridir.
(Sokrat)
E) Hərə öz qəlbinin dərinliklərindəki işığı üzə çıxara
bilsə, dünya daha
4.
Hekayədən çıxış edərək Ülkər müəllimin daxili və xarici görkəmi
haqqında danışın.
5.
Əsərdə Ülkər müəllimin simasında müəllimə xas hansı insani
keyfiyyətlər sadalanır? Öz müəlliminizlə Ülkər müəllimi müqayisə
edin. Hansı fərqli və oxşar xüsusiyyətləri müşahidə etdiniz?
6.
Qocalıq, gərgin və ehtiraslı əmək, mübarizə illəri öz işini
görmüşdü
cümləsinə münasibət bildirin. Burada hansı mübarizə illərindən
və gərgin əməkdən söhbət gedir?
7.
Hekayənin qəhrəmanının həyəcanlarına səbəb nə idi? Onun Ülkər
müəllimə olan münasibətini müzakirə edin. Əsərdən həmin
hissələri seçin.
8.
Ülkər müəllimi xatırlayan şəxsin obrazını yaradın. Sizcə, bu
qəhrəmana hansı ad uyğun gələr və nə üçün? Bəs yazıçı
olsaydınız, həmin qəhrəmana hansı adı verərdiniz?
9.
Ülkər müəllimi, ümumiyyətlə, müəllimi qəhrəman hesab etmək
olarmı? Əsərdən çıxış edərək fikrinizi əsaslandırın.
10.
Hansı obrazı daha çox sevdiniz, yaxud üstünlük verdiniz? Nə
üçün?
11.
Mətnə əsasən Ülkərin hansı kənddə müəllim işlədiyini
müəyyənləşdirin.
12.
“Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Bizim Cəbiş
müəllim” filminə baxın. Cəbiş müəllimlə Ülkər müəllim obrazını
müqayisə edin.
Hər iki müəllim ömrünün, həyatının ən yaxşı günlərini Vətən
balalarının yetişməsinə sərf edir
fikrini həm Ülkər, həm də Cəbiş müəllim obrazına aid etmək
olarmı? Fikirlərinizi əsaslandırın.