...Nişanlarımızı alıb qurultay binasından çıxanda məktəbli qız və oğlanların Ülkər müəllimi gül dəstələri ilə qarşıladığını gördüm. Onlar müəllimi doğma anaları kimi əhatə edib təbrik edirdilər.
Mən Ülkərin səadətini Vətən balalarının gələ-
cəyə istiqamətlənən ayıq baxışlarında, həyatın bü-
tün nemətlərini əks etdirən şən gülüşlərində, xalqa
etibar, iftixar və minnətdarlığını ifadə edən ehtiram
və rəftarlarında görürdüm, özüm də bu mənzərəyə
küsənirdim.
Bir çox gənclərin, uşaqların, baharda dağlardan çağlayıb gələn dağ suları kimi duru və səsli gülüşlərində Ülkər müəllimin müqəddəs əməyinin, ictimai məzmunlu ömrünün dərin mənasını görürdüm.