Təəssüf ki, bu qurultayda Ülkər xanımı görmədim.
Yəni XANARXI RAYONU MAARİF ŞÖBƏSİ onu belə bir hörmətli yerə layiq görməmişdi?
“Ülkər müəllim, yerin görünür”.
Bir neçə gündə biz xalq maarifinin inkişaf yolları, dərs proqramları, yeni tərbiyə, on?bir?illik məktəblər haqqında çox mötəbər adamların məruzə və çıxışlarını eşitdik, mübahisələr gördük, müzakirələr keçirdik, qərar, qətnamələr qəbul etdik...
Qurultayın işi qurtar?ha?qurtar idi. Müəllimlər sədrin otağına toplaşmışdılar. Bu ən sevincli bir gün idi. Təltif olunanların familiyası əlifba sırası ilə oxunurdu. Hər adamın adı çıxdıqca əyləşənlər onu təbrik edir, əl çalırdılar, təltif olunanlar qırmızı qutuda ordenini, ya medalını alırdı. Burada da Ülkər müəllim bir işıq kimi zehnimdən keçdi. Bu sualı mən başımdan təzəcə keçirmişdim ki, mənim üçün gözlənilməz bir hadisə baş verdi.
Deyəsən, mənim ürəyimdən keçənləri duymuşdular. İxtiyarsız olaraq öz-özümə dilləndim:
- Necə?
Mən təəccüb elədim. “Məgər Atamova Ülkər nümayəndədir, məgər o buradadır? Necə olub ki, üç gün ərzində mən əziz yoldaşımı, köhnə həmkarımı, çoxdan görüşünə həsrət olduğum müəllimi görə bilməmişəm?!”
Mən qabaq tərəfdə oturmuşdum. Müəllimin adı çəkiləndə çox maraqlı bir xəbər eşidən kimi arxaya dönüb bütün sıraları gözdən keçirməyə, Ülkəri axtarmağa başladım. Ülkərin hansı sırada əyləşdiyini, indi bu dəqiqə haradansa qalxıb, göyərçin yerişilə tribunaya tərəf gələcəyini ürək döyüntüsü ilə gözləyirdim.
Ancaq buralarda Ülkərdən əsər-əlamət görünmürdü. Bu necə işdir?! Ülkər burada yoxdursa, katib nə üçün onun adını çağırır?
- Ülkər bəs hanı?
...Yəni Ülkər bu məclisdə çətin görünən qədər balaca bir adamdır?
Xeyr!
...Ümumi alqış səsi təkrar ucaldı. O, utancaqlıqdan başını qaldırmadı. Ayaqlarının ucuna baxa-baxa məğrur yerişini pozmadan alqışlar altında sədrin stoluna yaxınlaşdı.
“Bu Ülkərdirmi? Mən axtaran müəllim budurmu?”
Sıranın kənarına əyilib müəllimin üzünə diqqətlə baxdım. Qocalıq, gərgin və ehtiraslı əmək, mübarizə illəri öz işini görmüşdü.