Müəllimlər qurultayına nümayəndə seçildiyimi biləndə, təbii,
xeyli sevinmiş,
həm?karlarıma təşəkkür
etmişdim.
Nümayəndə olmağın bütün başqa məziyyətləri bir kənara dursun,
uzun illər ayrıldığım, uzaq düşdüyüm bir çox yoldaşlar ilə bir
yerdə görüşmək ümidi məni daha çox sevindirirdi.
Həyat sürətli, mürəkkəb, iş çox, vaxt az, adamlar həddindən
artıq məşğuldurlar. Xatirini istədiyin, söhbətindən,
ünsiyyətindən xüsusi zövq aldığın yaxın yoldaşı da bəzən aylar,
illərlə görmürsən.
Respublika miqyasında çağırılan konfrans və qurultaylar imkan verir ki, yoldaşlar yaxından görüşüb əhvallaşsın, bir?birinin işi ilə yaxşı tanış olsun, müvəffəqiyyətinə sevinsinlər.
Bu ümidlə də mən müəllimlər qurultayında çoxdan ayrıldığım yoldaşların bəzisi ilə görüşüb sevinmişdim. Bu görüşlər yalnız indiki şəraiti, vəziyyəti əks etdirmək yox, həm də keçən günlərin xatirələri kimi mənalı və maraqlı idi.
Ancaq bir adam haqqında ümidim boşa çıxmışdı. O da iyirmi?iyirmi beş il bundan əvvəl bir yerdə, bir məktəbdə işlədiyim, bir müəllim, tərbiyəçi kimi xatirini çox istədiyim Ülkər xanım idi. Ülkər xanım məktəblilərə həssas ana nəvazişi ilə yanaşan tanınmış məşhur müəllimlərdən idi. İki?üç il əvvəl bir məktub ilə ona