SORĞU
Məktəbdə 9-11-ci sinif şagirdləri arasında “Təhsilimi davam
etdirmək istədiyim ali məktəb” mövzusunda sorğu keçirin.
Sorğunun məqsədi:
Şagirdlər arasında Azərbaycanın ən məşhur universitetini
müəyyənləşdirmək
Sorğu üçün:
– Şagirdlərin sayını müəyyənləşdirin;
– Suallar hazırlayın.
Nümunə üçün suallar təqdim edirik:
– Təhsilinizi hansı universitetdə davam etdirmək
istəyirsiniz?
–Təhsilinizi niyə məhz ____________________________
universitetində davam etdirmək istəyirsiniz?
-
Alınan cavabları ümumiləşdirin. Nəticələri diaqram şəklində
təqdim edin.
Nümunə
Təhsilimi davam etdirmək
istədiyim universitet
Azərbaycan Dövlət Neft və Sənaye
Universiteti
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Bakı Dövlət Universiteti
Qeyd:
Sizin nəticələriniz
alınan cavablardan
asılı olaraq fərqli
ola bilər.