Harvard Universiteti ABŞ-ın Massaçusets ştatının Kembric şəhərində yerləşir. Bu universitet ABŞ-ın Müstəqillik Bəyannaməsinin elan edilməsindən 140 il əvvəl yaradılan ən qədim ali təhsil müəssisəsidir. Böyük Britaniyanın “Times Higher Education - QS World University Rankings” jurnalının 2009-cu ildə tərtib etdiyi dünya universitetlərinin reytinqinə əsasən Harvard Universiteti 100 ən nüfuzlu ali məktəb arasında birinci yerdə olub.
Harvard Kollecinin universitetə (çevrilməsi, çevrilməyi) prosesi XIX əsrin ilk rübünə təsadüf edir. Bu zamana qədər təhsil müəssisəsində yalnız “İncil”, dillər və riyaziyyat elmi öyrədilirdi. Kollecə universitet statusunun (verilməsi, verilməyi) isə tibb (1810) və hüquq (1817) elmlərinin tədris edilməsi ilə bağlı olub.
Harvard Universitetini ilk buraxılışda bu təhsil müəssisəsində çalışan yalnız bir müəllimdən İngiltərə universitetlərinin praqramı üzrə dərs almış 9 tələbə bitirib.
Harvard Universitetinin kampusu təxminən 500 akrərazini əhatə edir və əsasən, Kembric və Boston ərazisində yerləşir. Harvardın əsas kampusunun 85 hektar ərazisi Kembricdə, Harvard Yard parkında, Boston şəhərinin mərkəzindən 5,5 km şimal-qərbdədir. Burda universitetin mərkəzi və akademik binaları, əsas kitabxanaları, birinci kurs tələbələri üçün nəzərdə tutulmuş yataqxanaların böyük əksəriyyəti, Memorial kilsə və başqaları yerləşir. İkinci kurs tələbələri üçün nəzərdə tutulmuş 12 yaşayış binasından doqquzu Harvard Yardın cənubundadır. Digər üç yaşayış evi “Quad Haus” adlandırılan ərazidədir.
Tələbələrin ictimai nəqliyyatla təmin edilməsi işində Harvard MBTA (Massaçusets Körfəzi Nəqliyyat Müəssisəsi) metro stansiyasının rolu böyükdür.
Harvard Universitetinin bütün tələbələri, demək olar ki, birinci kursdan etibarən kampus ərazisində yerləşən yataqxanalarda yaşayırlar. Müsbət qiymətləri və digər nəailiyyətləri olan tələbələr evlərdə məskunlaşırlar. Bu evlər həm yaşayış yeri, həm də tələbələrə universitetin sosial mühitinə uyğunlaşmasına yardım edən inzibati bölmə kimi fəaliyyət göstərir. Harvardın istənilən kolleci 4 il ərzində, sözün əsl mənasında, burada təhsil alanların doğma evinə çevrilir.
Harvard Universitetində Redklif Qabaqcıl Tədqiqatlar İnstitutu, Harvard Kolleci, İncəsənət və elmlər fakültəsi ilə yanaşı, 12 məktəbi fəaliyyət göstərir. Hazırda universitetin ABŞ və dünyanın 190-dan artıq ölkəsində 360 mindən çox məzunu var.
2007-ci ilin fevralında Harvardın Müşahidəçilər Şurasının qərarı ilə Redklif Qabaqcıl Tədqiqatlar İnstitutuna Harvardın müstəqil institutu statusu verildi.
Harvard Universitetinə rəhbərlik universitetin prezidenti və kollegial şuralar (“Harvard korporasiyası”) tərəfindən həyata keçirilir. Prezident bütün təlim prosesinə nəzarəti həyata keçirdiyinə görə universitetin məsul şəxsi hesab olunur. Universitetin məktəbləri, kollec və fakültəsi dekanlar tərəfindən idarə olunur.