11.
Sxem əsasında müqayisə aparıb fikirlərinizi ümumiləşdirin.
12.
Mətnin ilk cümləsində (səh. 34) işğal sözünü hansı
sinonimi ilə əvəz etsəniz, məzmun dəyişməz?
13.
Mətndə altından xətt çəkilmiş cümlədə (səh. 35)
bütün sözünü çıxarsaq, fikrin məna gücü zəifləyərmi?
Niyə?
14.
Mətndən frazeoloji birləşmələri seçib onları bir sözlə əvəz
edin. Cümlədə məna fərqi yarandımı?
15.
Mətndə mötərizədə verilmiş feilləri (səh. 35) düzgün işlədin.
Mətnin ümumi üslubunu qorumağa çalışın.
16.
Mətnin ilk abzasında birinci cümlədən əvvəl üç nöqtə işarəsi
qoyulmasının səbəbini deyin.
17.
Mətndə fərqləndirilmiş cümlədəki fikri sadə cümlələr şəklində
daha yığcam ifadə edin.
18.
Mətndə göy rəngdə verilmiş cümlələrdə (səh. 34, 36)
o əvəzliyindən sonra vergül qoyulmalıdırmı? Niyə?