Tarix sayğacı işə düşmüşdü. Qarşıda hələ 100 il var idi. F.Bodenştedtin nəyinə lazım idi bu 100 il? Bəlkə, o bu ucuz şöhrətin ömrünü 100 il də uzatmaq istəyirdi? Bu onun şöhrət hərisliyinin son həddi idimi? Bəlkə, 100 il keçəndən sonra insanların onu bağışlayacağına ümid edirdi? Bəlkə, bu onun oyanmış vicdanının hökmü idi?!...
“Tiflisə gələndə məni, hər şeydən əvvəl, müəllim tutmaq məsələsi düşündürdü ki, tatar dilini (Azərbaycan (türk) dili nəzərdə tutulur) öyrənim. Qafqazda yaşayan camaatla ünsi...ətdə olmaq üçün bu dili bilmək kifa...ət edirdi. Xoşbəxtlikdən, arayıb-axtardığım müəllimlərdən ürəyimə yatanı tanınmış xəttat və alim, gəncəli Mirzə Şəfi oldu”.
“Şagirdim və dostum Bustan (Mirzə Şəfi Bodenştedti belə çağırırdı) əfəndinin mükərrər rica və iltimasına görə mən Mirzə Şəfi ona qəsidə, qəzəl, mürəbbe və məsnəvilərdən ibarət olan öz məcmueyi-əşarımı hədiyyə edirəm”.
“Qəlbimdə yenə sən canlanırsan, ey gəncəli ustadım! Sənin yanında əyləşib nəğmələrini məlahətli səsində dinləmək istəyirəm. Sənin mənə bəxş etdiyin o ətirli çiçəklərdən gözəl bir çələng hördüm. Ey mənim gəncəli söz ustadım Mirzə Şəfi!” (Berlin, 1851)
“Bu günlərdə Mirzə Şəfini oxudum. Bilirsən, orada çox gözəl məqalələr vardır”.
“Bütün bunlar bir daha qəti sübut edir ki, “Nəğmələr”dəki həqiqi Mirzə Şəfi yer üzündə yaşamayıb, bu ad mənim kəşfimdir”.