Bodenştedtin tanışları müəllim seçmək lazım gəldikdə ona bu sahədə böyük təcrübəsi olan Mirzə Şəfi Vazehi (məsləhət görmək).
Beləliklə, 1843-cü ildən 1846-cı ilə qədər Mirzə Şəfi Bodenştedtə türk (Azərbaycan) və fars dillərini, Şərq poezi...asının incəliklərini (öyrətmək). Onlar çox tez dostlaşdılar. 1849-cu ildə F.Bodenştedt vətənə qayıdanda Mirzə Şəfi ona bir dəftər bağışladı. Dəftərin birinci səhifəsində öz dəst-xətti ilə yazmışdı.
Bu onun “Hikmət açarı” adlandırdığı şeirləri idi. Beləliklə, Mirzə Şəfi şeirləri F.Bodenştedtin qaradərili sandıqçasında uzaq, çox uzaq bir səfərə çıxdı.
Almaniyaya qayıdan Bodenştedt Mirzə Şəfinin şeirlərinin bir qismini tərcümə edərək başqa Şərq şairlərinin şeirləri ilə birlikdə 1850-ci ildə “Şərqdə min bir gün” kitabında, 1851-ci ildə isə “Mirzə Şəfinin nəğmələri” adlı ayrıca kitabça şəklində (dərc etdirmək). Kitabın ön sözündə Bodenştedt öz ustadına müraciətlə (yazmaq ).
Tərcümələr böyük maraqla qarşılandı. “Nəğmələr” tez bir zamanda ingilis, italyan, Norveç, İsveç, holland, Danimarka, polyak, çex, yəhudi, macar və rus dillərinə tərcümə olundu. Mirzə Şəfi dühası bütün Avropanı sehrləmişdi. Bütün Avropa Mirzə Şəfini oxuyurdu.
Böyük rus yazıçısı L.N.Tolstoy dostu şair A.Fetə yazdığı məktubunda Mirzə Şəfi dünyasına heyranlığını (gizlədə bilməmək).
Rubinşteyn, Raxmaninov, List, Qriq, Brams Mirzə Şəfi şeirlərinə musiqilər bəstələyirdi. Anton Rubinşteynin Mirzə Şəfi şərqilərinin özü kimi bütün dünyanı dolaşan “İran nəğmələri” adlı romanslar silsiləsi yarandı. Bu silsiləyə 13 romans daxil idi. Bu romansların içərisində “Dalğalı gecələr” xüsusilə heyranedici idi.
Fridrix Martin fon Bodenştedt 1874-cü ildə çap etdirdiyi “Mirzə Şəfinin irsindən” adlı kitabda Mirzə Şəfi Vazehin uydurma bir şəxsi...ət olduğunu, əslində, şeirlərin əsl müəllifinin onun özü olduğunu elan etdi.
O bu kitabın izahatında şeirlərin özünə məxsus olmasını sübuta yetirmək məqsədilə yazırdı. Bundan sonra bütün Qərbi Avropa və Rusiya “Nəğmələr”in əsl müəllifi kimi F.Bodenştedti tanımağa başladı.
Böyük rus yazıçısı İ.S.Turgenev F.Bodenştedtə yazdığı bir məktubunda tərcümə etdiyi əsərləri öz adına çıxdığı üçün onu tənqid edib yazırdı: “Şeirləri oxuduqdan sonra təəccüblə düşünürsən ki, necə böyük bir əllaməlik edilmişdir”.
Şeirləri şöhrət zirvələrini fəth etməyə başlayanda Vazeh artıq dünyada yox idi. O bu şöhrətdən xəbər tutmadan 1852-ci ildə vəfat etmişdi. Ancaq o təkcə şeirlərinin şöhrətindən yox, şagirdinin xə...anətindən də xəbər tutmadı. F.Bodenştedt şöhrət