1892-ci il aprelin 18-i idi. Azərbaycandan
minlərlə kilometr uzaqda - Almaniyanın Vis-
baden şəhərində
bir nəfər ölüm yatağında
can verirdi.
73 yaşlı bu qoca başına toplaşmış qo-
humlarına son
vəsiyyətini edirdi. O, ağzı möh-
kəm surğuclanıb
möhürlənmiş qaradərili san-
dıqçanı göstərib dedi:
Yüz ildən sonra açılsın...
...XIX əsrin əvvəllərində Qafqazın çar Rusiyası tərəfindən işğalı Azərbaycan xalqının iqtisadi və mədəni inkişaf tarixində yeni və ziddi...ətli bir dövrün başlanğıcını qoydu. Bir tərəfdən, çar üsuli-idarəsinə qarşı çıxan ziyalıların Qafqaza sürgünü, digər tərəfdən, Qərbi Avropada Şərqin bu bölgəsinə yaranan marağın nəticəsi avropalı alimlərin və ziyalıların buraya axını Şərq ədəbi ənənələrini qoruyub saxlayan Azərbaycan ədəbi...atında yeni bir dövrün başlanğıcını qoydu. Həmin vaxt Tiflis Qafqazın mədəni və inzibati mərkəzi rolunu oynadığından istər Avropa və Rusiyadan, istərsə də Qafqazın müxtəlif bölgələrindən gələn mütərəqqi fikirli ziyalılar burada cəmləşirdi. Həmin vaxt Qafqaza üz tutan belə ziyalılar arasında Hannover krallığının sakini Fridrix fon Bodenştedt var idi. O, 1843-cü ildə müşahidəçi qismində Tiflisə gələndə burada Şərq dillərini öyrənmək fikrinə düşdü. Ona müəllim lazım idi.