28.
Təsəvvür edin ki, sizə xaricdə təhsil almaq istəyən bir şəxs
haqqında
məlumat yazmaq tapşırılıb.
- Həmin məlumatı necə yazarsınız?
- Sizcə, həmin bu yazı necə adlana bilər?
- xasiyyətnamə;
- təqdimat;
- tərcümeyi-hal
________________________rektoru_______________________________
11-ci sinif şagirdi_____________ Bakı şəhəri_____________ rayonunun _______ №-li məktəbində
oxuyur._____________oxuduğu müddət ərzində intellektual səviyyəsi,
yaradıcılıq potensialı, dəqiq elmlərə marağı ilə daha çox
fərqlənmişdir.
_____________ vətənpərvərdir, məktəbin ictimai işlərində aktiv
iştirak etmiş, müxtəlif tədbirlərdə könüllü kimi çalışmış, həmin
təşkilatlardan müsbət xasiyyətnamə almışdır. Yoldaşları ilə
münasibətdə səmimidir, ətrafı ilə ünsiyyət qura, çevik qərar
verə bilir, fikirlərində müstəqildir.
Bunları nəzərə alaraq, onun rəhbəri olduğunuz universitetdə
təhsil almasına şərait yaratmağınızı xahiş edirik.
_______ №-li məktəbin direktoru: Yeganə Rüstəmova
17.09.2018-ci il
TƏQDİMAT
Yuxarı təşkilatlara və mövqelərə yazılı məlumat şəklində
verilir.
Əvvəldə müraciət olunan şəxsin adı, soyadı, atasının adı,
rəhbəri olduğu
təşkilatın adı yazılır.
Ümumi hissədə təqdim olunan şəxs haqqında məlumat verilir.
Təqdimatın yazılmasının səbəbi göstərilir.
Təklif verilir.
Sonda təqdimatı yazan şəxsin adı, soyadı, atasının adı yazılır,
imzalanır.
Yazının sonunda təqdimatın verildiyi bütöv şəkildə gün, ay və il
göstərilir.
Təqdimat işgüzar sənəd növüdür.
“Təqdimat” ərəb sözü olub, təqdim olunan mənasına uyğundur.
Təqdimat müxtəlif formalarda olur:
1. Yuxarı təşkilatlara yazılı məlumat.
2. Hər hansı bir hadisə və ya şəxsi təqdim etmək.