12.
Mətndə (səh. 28) göy rəngdə verilmiş cümlədə hadisələrin
təqdimatında hansı yanlışlıq vardır?
13.
Mətndən frazeoloji birləşmələri seçib, işlənmə məqamlarına
diqqət yetirin.
14.
Mətndən istifadə etməklə məktəb sözünün çoxmənalılığını
əsaslandırın. Mətndəki hansı cümlələr sizin cavabınıza kömək edə
bilər?
15.
Uyğunluğu müəyyənləşdirin.
həyat hadisələrini dərk və tədqiqetmə üsulu
üsul, qayda
hər hansı bir işdə tətbiq edilən sistem, yol
16.
Mətndə
dayaq sözünün hansı mənası işlənmişdir?
-
hər hansı bir tikilinin sınmış pərdilərini, yaxud uçulan
divarı və s. saxlamaq, eləcə də meyvəsi çox olan ağac
budaqlarını sınmaqdan qorumaq üçün onların altına vurulan
ağac, dəstək
-
üzərində nəsə bərkitmək, yaxud qurğu qurmaq üçün
düzəldilmiş yer, özül; dəstək ola biləcək hər şey
-
istinad ediləcək adam, kömək, arxa, himayəçi
17.
Mətndə qırmızı rəngdə verilmiş sözləri daha uyğun ifadə ilə əvəz
edin.
18.
Mətndə tünd şriftlə verilmiş cümlədə pis sözünü
yaxşı sözü ilə əvəz edin. Qurtaracağı sözündə
hansı dəyişiklik baş verəcək? Hər iki cümləni tutuşdurun. Məzmun
dəyişdimi?
19.
Mətndə (səh. 27) tünd şriftlə verilmiş sözü daha düzgün sözlə
əvəz edin.
20.
Mətndəki dialoji nitqləri (vasitəsiz nitq) vasitəli nitqə
çevirərək mətni yenidən tərtib edin.
21.
1-ci mətndə (səh. 27) fərqləndirilmiş abzasda hansı feillərdə
şəxs sonluqlarının işlənməsində tamlıq hiss olunmur?
22.
1-ci və 2-ci mətndə (səh. 27) çərçivəyə alınmış ifadələrin
yazılışında hansı yanlışlığa yol verilmişdir?
23.
Mətndə (səh. 26) altından xətt çəkilmiş cümlədə vergül
işarəsinin düzgün işlənib-işlənməməsi ilə bağlı fikir mübadiləsi
yürüdün.