“Həmin hadisə 1912-ci ildə olub.
Onda mən konservatoriyanın ikinci
kursuna yenicə keçmişdim. Direktor
deyəndə ki, təhsili üçün pulu keçir-
mədiyinə görə
senyorita Şövkət Məm-
mədova konservatoriyadan xaric
edi-
lir, hönkürtü ilə ağladım. Müəllimim
Emma Dotti Ambrozi də mənə qoşul-
du. Düzdür, Ambrozi
mənim Milan
Konservatoriyasından xaric edilmə-
yimə heyifsilənirdi,
lakin bununla belə
mənə kömək etməyə imkanı yox idi.
Məvacibi ailəsinə zorla çatırdı. Mənə
yolpulu düzəltmək istəsə də, bacar-
madı. Bu işdə mənə
yaxından kömək
edən mənimlə birlikdə konserva-
toriyada təhsil alan
gürcü qızı Yelena
Tarxanmuravi oldu. O, Tiflisə gəlib
oradan mənə yolxərciliyi göndərdi. Elə
həmin pulla da birtəhər Bakıya qayıt-
dım”.
Həmin təsadüfi görüşdən sonra Qliyer Alek-
sandra
Nikolayevna ilə birlikdə kirayənişin qaldığımız
evə gəldilər. Onlar üçün oxuduğum “Küçələrə su
səpmişəm”, “Mən bir güldüm”, “Küsmüşəm səndən”
xalq mahnılarını mənim ifamda çox bəyəndilər. On-
dan
sonra yaradıcılıq əlaqələrimiz daha da möhkəm-
ləndi.
Məsləhət gördü ki, Azərbaycan xalq
mahnıları repertuarı ilə konservatoriyada çıxış edim.
Bəstəkarın təkidi ilə 1918-ci ilin yanvarında Azər-
baycan
xalq mahnılarından ibarət maraqlı proqram-
la
konservatoriyanın səhnəsində çıxış etdim. Düz-
dür, Kiyev
Konservatoriyasını 1920-ci ildə qurtarıb
Bakıya gələndə mənim yeni oxumağımı pisləyənlər
də oldu, lakin bu mənim yaradıcılıq əzmimi qırmadı.
Çünki yeniliyin maneələrlə rastlaşacağı mənə mə-
lum idi.
Kiyev Konservatoriyasını qurtarıb Bakıya gələndə
ilk dəfə Üzeyir bəyin “Arşın mal alan” operettasında
Gülçöhrə rolunda çıxış etdim. Az müddət ərzində
repertuarım zənginləşdi. Klassik Avropa, eləcə də
Azərbaycan operalarında çıxış etməyə başladım.
“Traviata”da Violettanın, “Riqoletto”da Cildanın, “Se-
vilya
bərbəri”ndə Rozinanın, “Şahsənəm”də Şahsə-
nəmin, “Şah
İsmayıl”da Gülzarın, “Nərgiz”də Nərgiz-
in, “Lakme”də
Lakmenin partiyalarını ifa etdim. Bütün
bunlar mənim üçün yeni məktəb, məhək daşı oldu.
Mətbuatda Ş.Məmmədova haqqında iki məşhur sənətkarın rəyi getmişdi. O həmin rəyləri olduğu kimi xatirə dəftərinə köçürmüşdü.