Nə atam, nə də ki anam heç vaxt
Bakıda olmamışdılar. Bakıda qohumları-
mız day yox idi. Biz min
əziyyətlə gəlib
Tağıyevin Qızlar Gimnaziyasını tapdıq.
Gimnaziyanın direktoru bizi səmimiy-
yətlə qarşılayıb atamı sorğu-suala tutdu:
– Qızınızın ad-familiyası?
– Məmmədova Şövkət Həsən qızı.
– İndiyə qədər oxuyubmu, musiqi təh-
sili varmı?
– Bəli, Tiflisdə oxuyub, musiqi mək-
təbinə də gedib. Yaxşı da səsi var.
İstə-
yirsiz,
bir ağız oxusun. Direktor “bir ağız
oxusun” ifadəsini eşidəndə mənə yaxın-
laşıb pıçıltıynan dedi:
– Qızım, səni gimnaziyamıza qəbul
edirik. Amma elə et ki, mahnı oxumağını
yoldaşların bilməsin. Bilsələr, bizi daş-
qalaq edərlər. Biz özümüz gizlincə səsini
yoxlarıq. Xoşumuza gəlsə, musiqi təhsili
almaq üçün səni İtaliyaya göndərərik.
1915-ci ilin oktyabr ayı idi. Ağaclar
öz yaşıl libaslarını dəyişməsələr də, şax-
tadan hiss edirdim ki, artıq Kiyevə payız
gəlib.
Bunu, bəlkə də, çoxları duymurdu,
lakin mən iliyimə işləyən şaxta və sa-
zaqdan hiss etmişdim ki, artıq payızdır.
Özümü soyuqdan xilas etmək üçün iti
addımlarla konservatoriyaya yollandım.
Aleksandra Nikolayevna Şperlinqlə üz-
üzə gəlib ayaq saxladım. Salam verib
keçmək istəyəndə Şperlinq məni saxla-
yıb yanındakı yaşlı kişiyə təqdim etdi:
– Reynqold Moriseviç, sizə haq-
qında danışdığım
Qafqazlı qız Şövkət
Məmmədova budur, tanış olun.
Şövkət Məmmədova təkcə opera müğənnisi olaraq qalmır. Görkəmli sənətkar Parisdə, Berlində, Təbrizdə qastrol səfərlərində olan zaman həmişə kamera ifaçılığına müraciət etmiş, konsertlərdə Azərbaycan xalq mahnıları oxuyaraq xarici ölkə dinləyicilərinin qəlbinə ( hakim kəsilmişdir, yoxsa hakim kəsilir ). Hətta 1925-ci ildə Parisdə qastrol səfərində olan zaman ona qulaq asan məşhur bir fransız bəstəkarı heyrətlənib demişdir: “Bu müğənni çox nadir səs tembrinə malik müğənnidir. Onun səsi royalı olduqca pis vəziyyətdə qoyur. Bu müğənni üçün xüsusi royal düzəltmək lazımdır...”