1910-cu ilin isti yay günü idi. Tiflisdə
evimizdə axşamdan başlayan söz-söhbət
hələ də davam edirdi. Qohumlar heç cür
öz dediklərindən dönmürdülər:
- Şövkət heç yana getməyəcək. Əgər
artistliyə getsə, biz bir də bu evə ayaq
basmayacağıq. Qız hara,
artisdiy hara?!
Heç belə də biabırçılıq olar?! El bizi qına-
mazmı?! Deməzlərmi, çəkməçi Həsənin
qızı gedib mahnı oxuyur?
Xurşud xanımı od götürdü:
- Qız mənimdi , mən bilərəm.
Nolsun
ki, keçmişdə bizim Borçalının Ağkilsə kən-
dində qızlar oxumurmuş?
Qohumlar bu sözləri eşidəndə daha
da özlərindən çıxdılar:
- İndiyə qədər müsəlman qızlarından
oxuyan görməmişdik. Əvvəl qızı qoyduz
Tiflis qızlar gimnaziyasına,
sonra musiqi
məktəbinə. İndi də başlamısız ki, qızımız
artist olacaq. Daha bəsdi. Biz bu biabır-
çılığa dözə
bilmərik. Daha bizim sizin adda
qohumumuz yoxdur...
Beləliklə, həmin söhbətdən sonra
məni qızlar gimnaziyasına qəbul etdilər.
Komissiya təşkil edib səsimi yoxladılar.
Yadımda deyil: o vaxtın hansı məşhur
xanəndəsi isə oxumağıma yüksək qiy-
mət verib o ki var məni təriflədi.
Komissiya yaxşı oxumaq istedadım
olduğunu qəti müəyyənləşdirdikdən son-
ra İtaliyaya getməyim haqqında qərar
qəbul etdi. Beləliklə, 1911-ci ilin ortala-
rında İtaliyanın Milan şəhərinə yola düş-
düm. Mənə elə gəldi ki, artıq arzuma
çatmışam. Çoxdan bəri həsrətində oldu-
ğum xoşbəxtliyə qovuşmuşam. Amma
sən demə, ən çətin, ən ağır günlər qa-
baqda imiş. Hələ məni nə qədər əzab-
əziyyət gözləyirmiş Lakin bu çətinliklər
zərrəcə də
olsun məni
(qorxutmurdu,
yoxsa qorxutmadı).
1911-ci ilin mayında
Milan konser-
vatoriyasına
daxil oldum. Məşhur musiqi
müəllimi Emma Dotti Ambrozinin sin-
fində oxumağa başladım.
1912-ci ildə Milandan Bakıya qayıdan Şövkət Məmmədovanı ilkin axtarıb tapan, onun mənəvi dayağına çevrilən Üzeyir Hacıbəyli (olmuşdur, yoxsa oldu ). Bəstəkar gənc müğənninin Milan konservatoriyasından çıxarıldığını biləndə təəssüflənmiş, onun vokal istedadı ilə yaxından tanış olduqdan sonra Şövkətə yenidən İtaliyaya qayıtmağı məsləhət görmüşdür. Təhsil xərcini isə öz üzərinə götürmüşdü. Müğənniyə yol xərci düzəltmək üçün bəstəkar “Ər-arvad” operettasını təcili tamaşaya ( qoymuşdur, yoxsa qoyur ). Deyirlər, həmin tamaşanın sonunda Üzeyirin təkidinə qulaq asmayan Şövkət qəflətən səhnəyə çıxıb bir romans oxuyur, ikinci mahnını oxumaq istəyəndə salonda iğtişaş başlayır. Qoçular haray-həşir salırlar.