Bu nə nağıldır, nə də əfsanə. Doğrudan da, bir zamanlar Şövkət Məmmədova ad-familiyalı bir müğənni vardı. Bizim həməsr idi. 1981-ci ildə, baharla yayın qovuşduğu çağlarda, səksən dörd yaşında dünyamızdan ( köç etdi, yoxsa köçdü ). Görəsən, səksən dörd il ərzində həyatın acısını-şirinini dadmış müğənni qadın, öz sənət dəftərinə nə qədər mənalı səhifələr yazmışdır?..
Gözəl səs tembrinə malik olan Şövkət ilk gündən hiss etdi ki, indiyə qədər oxuduğu mahnıları sırf milli çərçivədən çıxarmalı, xalqının musiqisinə xələl gətirmədən yeni oxuma üsulu ilə ifa edib dünya xalqlarına tanıtmalıdır. Şövkət işə ciddi girişib maraqlı vokal effektləri araşdırdı, səsini işlətməyin yollarını öyrəndi. Az vaxt içində müəllim və tələbələrin hörmətini qazandı.
Musiqi bütünlüklə bu müğənni qızın qəlbinə hakim kəsilmişdi. O, musiqinin incəliklərinə bələd olduqca ona daha da ürəkdən bağlanırdı. Lakin günlərin bir günü hər şey dəyişdi. Şövkətin oxuması üçün göndərilən təhsil pulu birdən-birə