20.
Nömrələnmiş oxlardan hansının istiqaməti düzgündür.
məcra
suyun axdığı yataq
başa gələn həyəcanlı
hadisə, sərgüzəşt
macəra
21.
Mətndə (səh. 20) altından xətt çəkilmiş sözlərə uyğun leksik
mənanı müəyyənləşdirin.
-
baş vermiş gözlənilməyən, nəzərdə tutulmayan hadisə, əhvalat
-
bir işə hər halda və vəziyyətdə məcbur olma, istər-istəməz onu
əmələ gətirmə
22.
Mətndə (səh. 21) qırmızı rəngdə verilmiş cümlədə vergül işarəsi
hansı sözdən sonra qoyulmalıdır? Niyə belə hesab edirsiniz?
Həmin cümlənin sxemini qurun və tərkib hissələrin hansı
vasitələrlə bağlandığını deyin.
23.
Mətndə (səh. 21) çərçivəyə alınmış ifadələrdə dırnaq işarəsi
necə işlənməlidir?
24.
Mətndə (səh. 21) yaşıl rəngdə verilmiş hissədə hansı cümləni
çıxarsanız, abzasın məzmununa xələl gəlməz?
25.
Mətndə (səh. 21) fərqləndirilmiş cümləni sadələşdirin, təkrar
sözləri çıxarın.
26.
Mətndə (səh. 21) tünd şriftlə verilmiş cümlələri düzgün yazın.
27.
Mətnlərin üslublarını hansı xüsusiyyətləri sadalamaqla
fərqləndirə bilərsiniz?
28.
Mətndə (səh. 20) çərçivəyə alınmış cümlədə qrammatik normanın
hansı tələbi pozulmuşdur?
29.
Həm Üzeyir Hacıbəyli, həm də M.Maqomayev bəstəkar olmaqla
yanaşı, musiqidən dərs deyirlərmiş. Məlumat üçün onu deyək ki,
M.Maqomayev bir müddət coğrafiyadan dərs deyib (
R.Hüseynov).
Sizcə, onların dərs dedikləri şagirdlərin valideynləri
bəstəkarlara hansı məzmunda məktub
yazardılar?
- Mətnə istinadən həmin məktubu yazmağa çalışın.
- Məktubu yazarkən:
- Məktub yazmaq üçün tələb olunan şərtlərə əməl edin.
- Ədəbi dilin normalarına riayət edin.