7.
Bu suallardan hansına mətndə cavab tapmaq olar:
1) Ü.Hacıbəyli və M.Maqomayev neçənci ildə anadan
olmuşlar?
2) Nə üçün onlar bir-biri ilə daima rəqabət aparmışlar?
3) Şah İsmayıl obrazının ilk ifaçısı kim idi?
4) “Şah İsmayıl” operası yazılandan neçə il sonra tamaşaya
qoyulmuşdur?
5) M.Maqomayevin “Şah İsmayıl” operası “Leyli və Məcnun”
operasından
hansı xüsusiyyətinə görə seçilir?
8.
Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin səhnə əsərlərinin oxşar
cəhətlərinin müzakirəsini aparın. Nitqinizdə terminlərdən
istifadə edin.
9.
“Nərgiz” operasının M.Maqomayevin digər operalarından fərqli
cəhətləri nədir?
10.
Hansı fakt “Nərgiz” operasının fərqli təqdimatda bəstələndiyini
deməyə əsas verir?
11.
Mətndə hansı cümlə M.Maqomayevin yenilikçi bəstəkar olduğunu
təsdiqlə-
yir?
12.
Sizcə, 18 sentyabr iki görkəmli bəstəkarın məhz həmin tarixdə
anadan olması ilə əlamətdardır? Yoxsa bunun başqa bir səbəbi də
vardır? Fikirlərinizi faktlarla əsaslandırın.
13.
Mətnə əsasən “Nərgiz” operasının yazıldığı ili müəyyənləşdirin.
14.
Mətndə nədən danışılır? sualı ilə sizə müraciət edilsə,
onun məzmununu 2-3 cümlə ilə necə çatdırarsınız?
15.
“Uzun ömrün akkordları” filmindən Ü.Hacıbəyli ilə M.Maqomayevin
mək- tublaşması səhnəsinə baxın. Məktubu yazan və onu oxuyan
şəxsin mimikalarına diqqət yetirin. Həmin fraqmentə əsasən “Dost
dosta arxa olmalıdır” fikrini əsaslandırın.
16.
Ü.Hacıbəylinin “Koroğlu” operasından uvertüranı dinləyin. Bu
musiqi sizdə hansı hisslər oyatdı?
17.
Mətndə (səh. 20) rəqabət və təqib sözlərinin
dırnaq işarəsi içərisində verilməsinin səbəbi nədir?
18.
Mətndə (səh. 22) altından xətt çəkilmiş cümlədə hansı sözün
işlənməsi leksik normanın pozulmasıdır? Niyə belə hesab
edirsiniz? Həmin sözü uyğun ifadə ilə əvəz edin.
19.
Mətndən terminləri seçin, onların hansı sahəyə aid olduqlarını
deyin.