Səbəb-nəticə əlaqələrindən ya-
ranan zərurət müəyyən şərait
olduqda hökmən baş verən hadi-
sədir. Zərurət bu və ya
başqa pro-
sesdə inkişafın başlıca istiqaməti,
meyli kimi meydana çıxır, lakin
bu meyil özünə çoxlu təsadüflər
arasından yol açır.
Təbiətdə və insan cəmiyyətində
müxtəlif hadisələr baş verir. Bəzən isə
baş vermiş gözlənilməyən, nəzərdə
tutulmayan hadisə və əhvalatlar olur.
Bunlara təsadüfi hadisələr deyilir.
Çoxlu təsadüf arxasında həmişə ob-
yektiv zərurət,
qanunauyğunluq giz-
lənir.