İstəyirdi sənət və məslək dostu Üzeyir Hacıbəyli kimi o da milli opera yazsın.
Müslüm Maqomayevin “Şah İsmayıl” operası Üzeyir Hacıbəylinin Leyli və Məcnunundan hansı xüsusiyyətləri ilə seçilirdi? Hər iki bəstəkarın eyni janr?da yaratdıqları əsərlərin ümumi quruluşlarında və musiqi dillərində bir oxşarlıq vardır. Üzeyir Hacıbəylinin operasında olduğu kimi, Müslüm Maqomayevin “Şah İsmayıl” operasında?da muğamat improvizasiyalarından istifadə edilmişdir. Lakin muğam parçaları əsərdə xeyli az yer tuturdu. Bunun da səbəbi odur ki, müəllif Azərbaycan tamaşaçılarının hələlik mürəkkəb opera formalarını dinləməyə tam hazır olmadıqlarını nəzərə almışdır. Bunu sonralar Müslüm Maqomayevin özü?də etiraf etmişdir: “Mənim məqsədim Üzeyir Hacıbəylinin yazdığı operalar şəklində opera yaratmaq idi, yalnız bircə bu fərq ilə ki, muğamatlardan (improvizasiya yerlərindən) savayı bütün qalan parçalar yazdığım orijinal musiqi olmalıdır”.
Daim yeniliyə can atan bəstəkar həmişə məhsuldar işləyirdi. Bu baxımdan onun yaradıcılıq fəaliyyətinin 20-30-cu illər dövrü xüsusi maraq doğurur. Opera teatrının 1919-1930-cu il mövsümünün repertuarına daxil edilmiş “Xoruzbəy” musiqili komediyası, bəstəkarın şəxsi arxivində saxlanılan və Azərbaycanda ilk balet nümunəsi hesab edilən “Dəli Muxtar” baletinin librettosu, eləcə də birpərdəli “İblis” operası üçün yazdığı uvertüra dediklərimizin bariz nümunəsidir.
Simfonik musiqiyə xüsusi məhəbbəti olan bəstəkar Azərbaycan xalq melodiyalarından, musiqi folklorunun bir sıra nümunələrindən ustalıqla bəhrələnərək simfonik orkestr üçün diqqəti cəlb edən orijinal simfonik əsərlər: “Azərbaycan çöllərində”, “Ceyran rapsodiyası”, “Azad olmuş Azərbaycan qızının rəqsi” və s. yazmışdır. Həmin əsərlər Azərbaycan musiqisində müstəqil “orkestr miniatürü” janrının ilk nümunələridir. Onlarda Azərbaycan musiqi folklorunun Avropa professional musiqisi ilə müəyyən sintezi vardır. Bu meyil bəstəkarın Şah İsmayıldan 20 il sonra opera teatrının səhnəsində tamaşaya qoyulmuş Nərgiz operasında xüsusilə qabarıqdır.
Bəstəkarın “Nərgiz” operası milli Azərbaycan musiqi ladları əsasında yazılmışdır. Operada diqqəti cəlb edən bir sıra xüsusiyyətlər vardır. Bu, hər şeydən əvvəl, Azərbaycan opera səhnəsində ilk dəfə kəndli qızının, çobanın və fəhlənin operada əsas surətlər kimi çıxış etməsi ilə əlaqədardır.
Bütün bunlarla yanaşı, bəstəkar həm də Azərbaycan operasına təzə vokal ifadə vasitələri gətirmişdir. Azərbaycan musiqisinə, Azərbaycan torpağına sonsuz sevgisi olan bəstəkar ömrünün sonuna kimi də öz sevgisinə sadiq qalıb. Təsadüfi deyil ki,