Rica | birinə müraciət edərək bir işin yerinə yetirilməsini arzu etmə, istəmə; xahiş | |
Rica etmək | xahiş etmək, yalvarmaq |
S | Sağanaq | 1. Qaval, ələk, xəlbir və bu kimi dəyirmi şeylərə keçirilən çənbər, qasnaq. 2. Ümumiyyətlə, çənbər şəklində olan hər cür şey |
Salxım | üzüm gilələrinin bir budaqcıqdakı topası | |
Sayrı | xəstə | |
Səth | 1. Bir şeyin xarici tərəfi, üst tərəfi, üz tərəfi. 2. Səviyyə | |
Sincab | ağaclarda yaşayan və açıq-kül rəngində qiymətli xəzi olan gəmirici kiçik heyvan | |
Sintez | Bir şeyi və ya hadisəni küll halında, onu təşkil edən hissələri arasındakı qarşılıqlı əlaqə və vəhdəti daxilində tədqiqetmə üsulu | |
Sirayət | yoluxma, keçmə | |
Subalp | coğrafi qurşaq | |
Surğuclan- maq |
surğuc vurmaq | |
Sünbül |
1. Taxıl bitkilərinin gövdəsinin başında dənlərin yerləşdiyi
hissə. 2. Salxım şəklində ətirli çiçəkləri olan bir bitki |
Ş | Şəfqət | rəhm, mərhəmət, acıma, yazığı gəlmə, ürəyi yanma, riqqət |
Şəninə (şanına) |
ad-sanına, şöhrətinə, şərəfinə | |
Şərqşünas | şərqşünaslıq mütəxəssisi | |
Şoranlıq | şoran, şoran yer, torpaq |
T | Təcavüzkar | təcavüz edən, təcavüz (hücum) edən tərəf; qəsbkar, təcavüzçü |
Təşəbbüs | 1. Bir işə başlama, iqdam etmə. 2. Təşəbbüskarlıq; müstəqil, fəal hərəkət etmək qabiliyyəti | |
Təşviş | 1. Bir-birinə əks hisslərin mübarizəsindən doğan narahatlıq; təlaş, həyəcan |