N | Nəvaziş | oxşama, əzizləmə, mehribanlıq etmə, riqqət göstərmə; mehribanlıq, riqqət |
O | Oraq | taxıl, ot, və s. biçmək üçün qısadəstəli, yarımdairəvi kəsici kənd təsərrüfatı aləti |
Orden | hərbi və ya mülki xidmətlərə görə dövlət tərəfindən verilən müxtəlif dərəcəli və adlı fərqlənmə nişanı | |
Ornitologiya | zoologiyanın quşlar bəhsi | |
Ornitoloji | ornitologiyaya aid olan, ornitologiya ilə əlaqədar olan |
Ö | Ölçü-biçi | 1. Hər hansı bir şeyi ölçmək üçün qəbul edilmiş vahid; 2. Hər hansı bir şeyin müəyyən vahidlər əsasında təyin edilən böyüklüyü, kiçikliyi, biçimi, dərəcəsi |
Örnək | nümunə, misal |
P | Palaz | yundan və ya pambıqdan toxunma enli, uzun, xovsuz xalça növü |
Pər | 1. Quş tükü. 2. Qanad. 3. Müxtəlif maşın və qurğuların fırlanan hissəsi, qanadı | |
Professional | müəyyən bir işi özünə peşə etmiş; peşəkar | |
Psixoloji | 1. Psixologiyaya aid olan, psixologiya ilə bağlı olan. 2. İnsanın psixoloji fəaliyyəti ilə bağlı olan. 3. Təsvir olunan surətlərin psixologiyasının dərin təsviri əsasında qurulmuş, yaradılmış |
R | Rapsodiya | 1. Qədim yunan səyyar xanəndələrinin (rapsodlarının) simli musiqi alətinin müşayiəti ilə ifa etdikləri epik nəğmələr. 2. Xalq mahnı və rəqsləri mövzusunda yazılmış instrumental və ya vokal instrumental əsər |
Repertuar | teatrda, estradada, konsertdə və s.-də ifa olunan dramaturji, musiqi və s. əsərlərin məcmusu | |
Replika | 1. Natiqin çıxışı və ya tamaşa zamanı yerdən atılan söz, edilən etiraz. 2. Tərəflərdən birinin məhkəmə prosesində etirazı. 3. Səhnədə bir rolda oynayan şəxsin tərəf-müqabilin sözlərinə cavabı, habelə bir personajın axırıncı sözləri (ki, bunun ardınca o biri personajın sözləri gəlir). 4. Musiqi frazasının başqa səs və ya başqa tonda təkrarı |