M
|
Maarif |
əhali arasında savad, bilik, mədəniyyət yaymaq üçün
mütəşəkkil surətdə həyata keçirilən tədbirlər sistemi
|
Massiv |
1. coğr. Geoloji quruluş cəhətdən bir cür olan yastı
dağ təpələrindən ibarət sahə. 2. Hər hansı əlamətlərinə görə
bir cür olan geniş sahə
|
Medal |
xüsusi xidmətlərinə, yaxud əməkdə göstərdiyi rəşadətə görə
verilən, üzərində hər hansı bir qabarıq təsvir və ya yazı
olan fərqlənmə nişanı
|
Məhək |
qızıl və gümüşün əyarını təyin edən bir cins daş |
Məxəz |
1. Bir şeyin alındığı yer, əsl yeri; mənbə. 2. Elmi
tədqiqatın əsaslandığı yazılı abidə, sənəd, əsər və s.;
mənbə
|
Mərasim |
qəbul və ya müəyyən olunmuş qayda və üsullarla icra edilən
təntənə, ya başqa adət, ənənə
|
Məziyyət |
bir şeyin, adamın üstünlüyünü təşkil edən xüsusiyyəti |
Mina |
1. Metal və s. şeylərin üzərinə çəkilən rəngli şüşəvari
təbəqə, çox incə və parlaq naxış; üzərinə mina ilə naxışlar
çəkilmiş, minalı. 2. Mina kimi parlaq, gözəl. 3. Dişi
parlaq, möhkəm maddə, qabıq
|
Miniatür |
1. Qədim əlyazmalarda, kitablarda incə, rəngli şəkil və ya
bəzəkli iri hərf (yazı); 2. Zərif işlənmiş kiçik rəsm,
şəkil; 3. Kiçik ədəbi və ya musiqi əsəri; 4. Kiçik və incə
(zərif)
|
Mötəbər |
1. Etibarlı, inanılan, inanıla biləcək, etibar edilən. 2.
Hörmətli, xatiri sayılan, sözükeçən, tanınmış, sözünə və
təmizliyinə etibar olunan, nüfuzlu
|
Musiqi
ladları
|
səs sırasını qurma, səsləri yerləşdirmə üsulu; musiqi
əsərinin quruluşu
|
Mülahizə |
yaxşı düşünülmüş fikir, rəy, nöqteyi-nəzər |