X | Xalça | divara vurmaq və ya döşəməyə salmaq üçün müxtəlif rəngli yun və ya iplik saplardan toxunmuş naxışlı döşənəcək |
Xalı | böyük xalça | |
Xatir | 1. İnsanın keçmişdə olmuş bir şeyi yadda saxlama qabiliyyəti; yaddaş, zehin. 2. Könül, ürək, qəlb mənasında | |
Xəznə (xəzinə) |
pul, cəvahirat və s. qiymətli şeylər saxlanılan yer | |
Xov | bəzi parçaların, xalça və s. üzərində incə tükcüklər | |
Xovlu | xovu olan, üstü xovla örtülü | |
Xovsuz | xovu olmayan |
İ | İlgək | 1. Paltarın yaxasında, qolunda, cibinin ağzında və b. yerində düyməni və ya qarmağı keçirmək üçün sapdan, qaytandan düzəldilən balaca yarıq və ya halqa; düymə yeri. 2. Rəsmi paltarın yaxasında rəngli sırma |
İsrafçılıq | israfa yol vermə, artıq və lazımsız yerə xərcləmə, dağıtma | |
İssız | heç bir insan yaşamayan, əhalisiz |
K | Kilim | yun və ya pambıqdan toxunan zolaqlı, xovsuz palaz növü |
Konfrans | müəyyən məsələləri müzakirə və həll etmək üçün partiya, ictimai və s. təşkilat nümayəndələrinin, habelə hökumət nümayəndələrinin müşavirəsi, yığıncağı | |
Kontr- admiral |
Donanmada: ilk (kiçik) admiral rütbəsi və belə rütbəsi olan şəxs | |
Körfəz | coğr. okeanın, dənizin və ya gölün qurunun içinə soxulmuş hissəsi | |
Kövrək | 1. Tez ovulan, tez dağılan, tez sınan. 2. Zəif, titrək, nazik, yumşaq, həzin, ağlamsınan. 3. Tez təsirlənən, tez mütəəssir olan; ürəyi yuxa, yumşaq | |
Kreyser | qüvvətli silahları olan çox sürətli hərb gəmisi | |
Küsənmək | ummaq, gileylənmək, giley-güzar etmək, küsən kimi olmaq |
Qeyzlə | qəzəblə, hirslə | |
Qənaət | bir şeyi ehtiyatla, sərfəli və səmərəli işlətmə, artıq işlətmə, israf etməmə |