Dərz | biçilmiş taxıl bağlaması | |
Dırmıq | torpağın içində olan quru ot, kök qalıqları və s.-ni darayıb təmizləməyə, kəsəkləri xırdalamağa məxsus kənd təsərrüfatı aləti; çəng | |
Donanma | Ölkənin, yaxud ayrıca bir dənizin, çay hövzəsinin hərb və ya ticarət gəmilərinin hamısı |
E | Ehtiva | içinə almaq, daxilində olmaq, tərkibində yerləşmək, əhatə etmək, qavramaq |
Ekipaj |
1. Gəminin, təyyarənin, tankın və s.-nin şəxsi heyəti;
komandası. 2. Dəniz piyadasının sahil qoşunu |
|
Ekspressiv | mənalı, təsirli, ifadəli | |
Eskadrilya | bir neçə təyyarə dəstəsindən ibarət olan hərbi aviasiya |
Ə | Ədavət | ürəkdə saxlanılan düşmənçilik hissi, kin, küdurət, qərəz, birinə qarşı qəzəb hissi |
Əxz etmək | almaq, götürmək, alıb mənimsəmək | |
Əzgil | gülçiçəkkimilər fəsiləsinə aid bitki cinsi | |
Əzm | qəti niyyət, qəti qərar, qəsd |
F | Flaqman | böyük hərbi gəmi birləşməsinin (eskadra, diviziya, dəstə) komandanı, habelə həmin gəmi birləşməsi komandanının olduğu gəmi |
Fond | 1. Hər hansı məqsəd üçün ayrılan pul və ya maddi vəsait. 2. Faizli, qiymətli kağızlar. 3. Yaradıcı xadimlərə (memarlara, yazıçılara və b.-na) maddi yardım göstərən təşkilat, idarə | |
Freqat | Əvvəllər: üçdorlu yelkənli hərb gəmisi, sonralar isə gözətçi xidməti üçün çox sürətli hərb gəmisi |
G | Güvənmək | arxalanmaq, bel bağlamaq |
H | Hafizə | bir şeyi zehnində, yadında saxlama və yenidən təsəvvüründə canlandırma qabiliyyəti; yaddaş |
Həvalə etmək | üzərinə, öhdəsinə buraxmaq, qoymaq tapşırmaq |