22.
Komandan sözünün vurğusunu dəyişməklə cümlədə işlədin.
23.
Mətndə (səh. 174-175) altından xətt çəkilmiş sözlərin böyük
hərflə yazılmasının səbəbini izah edin.
24.
Mətnin (səh. 174-175) 1-ci abzasında
-ır 4 indiki
zaman şəkilçisindən, sonrakı abzaslarda
-dı4 keçmiş
zaman şəkilçisindən istifadə olunmuşdur. Sizcə, bu, üslubi
səhv hesab edilirmi?
25.
Şeirdə hansı misralarda bədii təzaddan istifadə edilib? Mətndə
obrazlılığın daha hansı göstəriciləri vardır?
26.
Şeirdə göy rəngdə verilmiş söz bitişik, yoxsa ayrı
yazılmalıdır?
27.
Şeirdə altından xətt çəkilmiş cümlələrdə hansı şəkilçi ixtisar
olunmuşdur?
Şəkilçini əlavə etsək, məzmun baxımından dəyişiklik
yaranacaqmı?
28.
Cümlələri tamamlamaqla “Azərbaycan Milli Ordusunun yaranması
və inkişafı” mövzusunda mətn tərtib edin.
2018-ci il Milli Ordunun ___________________________________
- 2016-cı ilin aprel döyüşləri barədə;
-
azad edilmiş Cocuq-Mərcanlı haqqında məlumat toplayıb
mətnə
əlavə edin.