Giriş
Bu hissə oxucuya essenin nədən bəhs etdiyini, nəyin müzakirə
olunduğunu çatdırmalı, əsas ideyanı özündə əks etdirməlidir.
Əsas hissə
Bu hissədə müəllif essenin əsas mahiyyətini açmalı, fikirləri
inkişaf etdirərək onları sübutlarla, faktlarla təqdim etməlidir.
İrəli
sürülən fərziyyələr nümunə və təsvirlərlə
zənginləşdirilməlidir.
Giriş hissədə yığcam şəkildə verilmiş fikirlər əsas hissədə
inki-
şaf etdirilməli və əsaslandırılmalıdır.
Hər bir abzasın özünün əsas məzmun və başlıca ideyanı əks
etdirən cümləsi olmalıdır.
Nəticə
Müəllif essedə ifadə etdiyi arqumentləri və ideyaları bir
daha
vurğulayaraq oxucunun diqqətini əsas fikirlərə cəmləməlidir.
Bu hissə, sadəcə, essedə irəli sürülmüş əsas düşüncələrin
tək-
rar olunaraq ümumiləşdirilməsi deyil, sübutlar
gətirməklə, əsas-
landırmaqla əldə edilən nəticənin
təqdiminə xidmət etməlidir.