ölkənin zəruri hərbi keyfiyyətlərə malik olan güclü ordusunun
formalaşması tarixi əhəmiyyət kəsb edirdi. Ordunun yenidən
qurulmasını canlandırmaq, onun formalaşmasını tarixi dövrün
təcrübələri səviyyəsinə qaldırmaq üçün 1918-ci il oktyabrın
23-də respublika hökumətinin iclasında
Hərbi Nazirliyin bərpa
edilməsi qərara alındı. Nazirlər Şurasının qərarına uyğun olaraq
noyabrın 7-də Hərbi Nazirlik təsis edildi. Nazir vəzifəsini
Nazirlər Şurasının sədri Fətəli xan Xoyski öz üzərinə götürdü.
Nazir müavini vəzifəsinə isə 1918-ci ilin oktyabrından
Azərbaycanın dövlət orqanlarında işləyən tam artilleriya
generalı Səməd bəy Mehmandarov təyin olundu və ona Hərbi
Nazirliyi formalaşdırmaq həvalə edildi.
Qısa müddət ərzində yaradılan gənc ordu hissələri 1919-cu ildə
bir sıra mühüm döyüş əməliyyatları həyata keçirdi.
4
Heydər Əliyevin 1993-cü ilin iyununda yenidən hakimiyyətə
qayıtması ilə Azərbaycanın dövlət və ordu quruculuğunda yeni
mərhələnin əsası qoyuldu; Silahlı Qüvvələr quruculuğu prosesi
xalqın milli xüsusiyyətlərinə, tarixi, mədəni və hərbi
ənənələrinə, respublikanın iqtisadi potensialına, eləcə də
qabaqcıl dünya ölkələrinin təcrübəsinə uyğun aparılmağa
başlandı.
5
“Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları
haqqında” Qanunla Azərbaycan Respublikasında hərbi xidmətə
çağırışın qaydaları və şərtləri əsgəri vəzifənin əsasları,
gənclərin hərbi xidmətə hazırlıq qaydaları, səfərbərlik üzrə
çağırışın və ordudan tərxisetmə üzrə buraxılmanın əsasları,
həmçinin Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün
kadrlar hazırlamaq və Silahlı Qüvvələrin döyüşə və səfərbərliyə
daimi hazırlığını saxlamaq məsələləri təsbit edilir. 18 yaşına
çatan və səhhətinə görə hərbi xidmətə yarayan kişi cinsindən
olan hər bir Azərbaycan vətəndaşı ordu sıralarında həqiqi hərbi
xidmət keçməlidir.
Azərbaycan Milli Ensiklopediyası”nın xüsusi “Azərbaycan”
cildindən