Azərbaycanda geniş yayıl-
mış, ənənəvi geyim növü olan
vəznəli çuxa üst geyiminin, xüsu-
sən də rəsmi geyimin
əsas ele-
mentlərindən biri hesab olunur-
du. Onu,
adətən, çölə çıxanda,
ictimai yerlərə gedəndə, qonaq
qarşılayanda arxalığın üstündən,
soyuq vaxtlarda isə ev şəraitində
geyinirdilər. Hətta isti havada da
ictimai yerlərə çuxasız və ya ya-
xası açıq çuxa ilə
gəlmək müna-
sib hesab olunmurdu. Bu etiketə
bəylər və zadəganlar, hərbi-xalq
idarələrinin qulluqçuları və b.
ciddi riayət edirdilər.
Çuxanı, başlıca olaraq, göy,
qara, boz və ya bej rəngli sarın-
mış mahuddan tikirdilər.