23.
Mətndə (səh. 8) tünd şriftlə verilmiş cümlədə uzlaşma harada
pozul-
muşdur?
24.
Mətndə (səh. 9) Vətən və millət sözlərinin böyük
hərflə düzgün yazılıb- yazılmadığını əsaslandırın.
25.
Mətndə (səh. 9) altından xətt çəkilmiş cümlədə hansı sözdən
sonra vergül işarəsi səhv qoyulmuşdur? Həmin sözü
müəyyənləşdirib cümlədə elə işlədin ki, ondan sonra vergül
işarəsi qoyulsun.
26.
Mətndə (səh. 9) göy rəngdə verilmiş cümlədə hansı sözdə
dəyişiklik etsəniz, cümlə düzgün olar?
27.
Poemada (səh. 11) altından xətt çəkilmiş sözlər böyük, yoxsa
kiçik hərflə yazılmalıdır?
28.
Mətnlərin üslubları arasında hansı fərq vardır? Həmin fərqləri
müəyyənləşdirib cədvəl şəklində yazın.
Mətnlər |
Üslubi fərqlər |
“Övladımın müəlliminə
məktub”
|
|
“İsgəndərnamə” poeması
|
|
“Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanunu
|
|
29.
Mətnin (səh. 9) fərqləndirilmiş abzasında:
- Mürəkkəb cümlələri seçib sxemini qurun.
- Hansı cümlədə söz sırası pozulmuşdur?
-
Söz sırası pozulmuş cümləni elə dəyişin ki,
sxeminə uyğun olsun. Sonra hər iki cümləni məzmun baxımından
müqayisə edin. Dəyişiklik baş verdimi?
30.
“Əgər gələcəkdə müəllim olsam ...” mövzusunda esse yazın.