Neçə yüz illər bundan əvvəl Şirvanda, Qarabağda, Abşeronda, Qubada, Qazaxda, Gəncədə, Muğanda, Talışda toxunmuş, gözəl keyfiyyətinə və icra texnikasına görə seçilən bədii xalçalar indi Qərbi Avropa ölkələrinin, Amerikanın ən böyük muzeylərini bəzəyir. Bütün dünyada “Qafqaz xalçası” adı?ilə tanınan xovlu və xüsusi?ilə xovsuz xalçaların doxsan faizini Azərbaycan xalçaları təşkil edir.
1967-ci ildə Bakıda dünyada birinci olaraq Dövlət Xalça Muzeyi açılmışdır. Burada müxtəlif növlü ən gözəl Azərbaycan xalçaları və xalça
1. Bu parça mətnin hansı hissəsinə aydınlıq gətirə bilər?
VII əsr Çin səyyahı Syuan Tszyan Azərbaycanı xalça istehsalının iri mərkəzi adlandırmışdır. Bunu arxeoloji məlumatlar da sübut edir. VII əsr mağaralarında toxuculuq dəzgahının, yun iplərin qalıqları, xalçaçılıqda istifadə olunan əmək alətləri, keçə, çürümüş xalı və palaz parçaları tapılmışdır.
Nizaminin “Xosrov və Şirin”, “İsgəndərnamə” poemalarında “həsir”, “kilim”, “gəbə” kimi xalça məmulatlarının adları, “əriş”, “arğac”, “cəhrə” terminləri verilir.
“İsgəndərnamə” poemasında “kəndir”, “çuval”, “çul”, “xalı” terminlərinə rast gəlinir. Nizami bir yerdə hətta “xətayçullar” haqqında bəhs edir ki, bu da hələ o zamanlar “xətai” xalça kompozisiyasının mövcud olduğuna sübutdur. “Yeddi gözəl” poemasında “palaz”, “fərş” adlarına rast gəlinir. Bu cür terminlərə, misal üçün, “ilmə”, “iplik”, “fərş”, “çuval” və s. Xaqani