Ordubad dövlət yasaqlığı 40 min hek-
tar sahədə yaradılmışdır.
Yasaqlığın yaradılmasında məqsəd
ərazidəki nadir və qiymətli heyvanları və
quşları qoruyub artırmaqdır.
Yasaqlığın ərazisində bezoar keçisi,
köpgər, daş dələsi, canavar, çaqqal, tül-
kü kimi
heyvanlar, turac, qırqovul, kəklik,
bildirçin, alabaxta və s. quşlar məskun-
laşmışdır.
İsmayıllı dövlət yasaqlığı 34,4 min
hektar sahədə yaradılmışdır.
Yasaqlığın yaradılmasında məqsəd
buradakı heyvan və quşların qorunması
və sayının artırılmasından ibarətdir.
Ərazinin bitki örtüyü alp, subalp dağ-
çəmən və meşə
bitkilərindən ibarətdir.
Meşə ilə örtülü sahə, əsasən, vələs, fıs-
tıq və palıd
ağaclarından ibarətdir.
Yasaqlıqda təkə, cüyür, nəcib Qaf-
qaz maralı, köpgər,
çöl donuzu, vaşaq,
canavar, tülkü, dovşan, çaqqal, meşə pi-
şiyi, yenot,
dələ, porsuq və s. heyvanlar,
kəklik, qırqovul, turac, alabaxta, bildirçin,
boz kəklik, yaşılbaş ördək, cürə, ağ və
boz vağ və s. quşlar məskunlamışlar.