Laçın Dövlət Yasaqlığı
21,3 min hektar sahədə yara-
dılmışdır.
Yasaqlığın yaradılmasın-
da məqsəd buradakı heyvan
(cüyür, qaya keçisi, çöldonu-
zu və s.) və quşları
(turac,
kəklik və s.) qoruyub artır-
maqdan ibarətdir.
Meşələri,
əsasən, palıd, vələs, cökə,
ağcaqayın və s. ağacların
qarışığından ibarətdirlər.
Qəbələ Dövlət Yasaqlığı
39,6 min hektar sahədə ya-
radılmışdır.
Yasaqlığın yaradılmasın-
da məqsəd Qəbələ rayonu-
nun ərazisində olan nadir me-
şə landşaftının və heyvanat
aləminin qorunub saxlanma-
sından ibarətdir.
Yasaqlıqda topal, üçyar-
paq yonca, tonqalotu, əvəlik,
yarpız, qaymaqçiçəyi, qoz,
fındıq, vələs, palıd, yabanı şa-
balıd, dəmirağacı,
fıstıq, saq-
qız, ağcaqayın, alma, armud
ağacları və əzgil, zoğal, itbur-
nu, böyürtkən, yemişan,
çay-
tikanı kimi kol bitkiləri yayıl-
mışdır.
Yasaqlıqda nəcib Qafqaz
maralı, qarapaça, vaşaq, çöl-
pişiyi, çöldonuzu,
daşdələsi,
cüyür, yenot, canavar kimi
heyvanlar, quşlardan isə kək-
lik, qırqovul və s.
məskunlaş-
mışdır.
Şəki Dövlət Yasaqlığı
10,4 min hektar sahədə yar-
adılmışdır.
Yasaqlığın yaradılmasın-
da məqsəd buradakı heyvan
və quşları, xüsusilə də qırqo-
vul, turac kimi quşları,
qonur
ayı və çöldonuzu kimi hey-
vanları qorumaqdır.
Meşə massivlərində yemi-
şan, əzgil, böyürtkən,
qarati-
kan, alça, liana və s. kollar
keçilməz cəngəlliklər əmələ
gətirmişdir. Nisbətən quraqlıq
olan sahələrdə palıd, tut,
alma və s. bitkilər yayılmışdır.
Yasaqlıqda çöldonuzu, ca-
navar, tülkü, dovşan,
çaqqal,
meşəpişiyi, yenot, porsuq,
samur, meşədələsi, sincab
və s. heyvanlar, meşəgöyər-
çini, alabaxta, meşə
cüllütü,
bekas, bildirçin, boz kəklik,
yaşılbaş ördək, cürə, ağ və
boz vağ və s. quşlar vardır.