–
Dövlət təbiət yasaqlıqları - təbiət komplekslərinin və ya
onların komponentlərinin qorunması və ya bərpası, habelə
ekoloji tarazlığın saxlanması üçün xüsusi əhəmiyyət
daşıyan ərazilərdir.
–
Dövlət təbiət yasaqlıqları torpaq mülkiyyətçilərindən,
istifadəçilərindən və icarəçilərindən torpaq sahələri
alınmadan qanunvericiliklə müəyyən edilmiş qaydada onların
torpaq sahələrində təşkil edilə bilər.
–
Dövlət təbiət yasaqlıqları respublika və ya bölgə
əhəmiyyətli ola bilər.
–
Dövlət təbiət yasaqlıqları müxtəlif profilli, o cümlədən
kompleks, bioloji, paleontoloji, hidroloji və geoloji
profilli ola bilər.
–
Dövlət təbiət yasaqlıqları müvafiq dövlət orqanının
təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanının
qərarı ilə təşkil edilir.