3. Zaqatala Dövlət Təbiət Qoruğu
1929-cu ildə Zaqatala və Balakən
rayonlarının ərazisində yaradılmışdır.
Sahəsi 23844 hektardır. Böyük Qaf-
qazın cənub yamacının
təbii dağ-meşə
və dağ-çəmən landşaft kompleksini,
xüsusilə Katex-Maxzıx meşələrini mü-
hafizə etmək üçün
yaradılmışdır. Əsa-
-sən, Katex və Balakən çaylarının hövzələrində yerləşir.
Enli?yarpaqlı (fıstıq, palıd,
vələs, cökə, göyrüş) və
iynə?yarpaqlı (qaraçöhrə,
qarmaqvari şam) meşələr, subalp və alp çəmənləri üstünlük təşkil
edir. 980 bitki növü, 104 quş növü, 58 onurğalı heyvan növü
(nəcib maral, dağkeçisi, cüyür, köpgər, qonur ayı, çöldonuzu,
meşə və daşlıq dələsi, vaşaq və s.) mühafizə edilir. Zəngin
təbiət muzeyi vardır.
6.
3-cü mətndə göy rəngdə verilmiş sözlərin bitişik, yoxsa ayrı
yazılmasını müəyyən-
ləşdirin.
4. Şirvan Dövlət Təbiət Qoruğu
1969-cu ildə Kür-Araz ovalığının
Cənub-Şərqi Şirvan düzənliyində
Bəndovan Dövlət Təbiət Yasaqlığının
(1961; sahəsi 4930 ha) əsasında ya-
radılmışdır. Sahəsi
25761 ha olmuş,
2003-cü ildə 6232
ha-dək azalmışdır.
Azərbaycan Respublikasının “Qırmızı
kitab”ına düşmüş ceyranlar və bu
ərazi üçün səciyyəvi olan digər fauna
növləri mühafizə və bərpa olunur.
“Azərbaycan Milli Ensiklopediyası”ndan
7. 4-cü mətndə altından xətt çəkilmiş sözə şəkilçi düzgünmü
artırılmışdır?
8. 4-cü mətndə hansı sözün işlənməsi leksik normanın tələbini
pozur?
9. Nə üçün mətnlərdə sadalanan sözlərdən çox istifadə
olunmuşdur?
10.
Qoruqlarla bağlı mətnlərin qısa və konkret cümlələrlə təqdim
olunmasının
səbəbini izah edin.
11. Sizcə, 1-4-cü mətnləri elmi üslubda yazılmış mətn hesab
etmək olarmı?
12.
Dövlət, təbiət və qoruq sözləri ümumi isim
olduğu halda, nə üçün böyük hərflə yazılmışdır?